Haqqımızda

17 ildən artıq müddətdir ki, biz Sistem Integratoru olaraq, informasiya texnologiyaları bazarında fəaliyyət göstərir və Telekommunikasiya, Təhlükəsizlik, Consulting, Outsourcing və proqram təminatı sahələrində həll və xidmətlərimizi təklif edirik. Biz hökumət, maliyyə və bank sektorlarında, eləcə də, neft və qaz, telekommunikasiya və nəqliyyat sahəsində geniş korporativ müştəri bazasına malikik. Bizim peşəkar və yüksək ixtisaslı mütəxəssislərimiz müxtəlif çətinlikli layihələri uğurla həyata keçirməklə, bizə müştərilərimizi ən uyğun həll yolları ilə təmin etmək imkanını verir. Biz müştərilərimizin etibarını qazanmağımızla fəxr edirik.

iTech Group dünyanın bir çox tanınmış İT şirkətləri ilə əməkdaşlıq edir. 3CX, Apple, Asus, Acer, Canon, Cisco, Dell, IBM, HP, Microsoft, MSI, Oracle, Sony, Toshiba, Tripp Lite, Kguard Security, Ivision Safety, Anviz Biometric, Snom, Htek, Fanvil, Yeastar- onlardan bir neçəsidir.

Müştərilərimizə göstərdiyimiz keyfiyyətli xidmətə görə biz bir sıra mükafatlara layiq görülmüşük və seçdiyimiz bu yolu ləyaqət və şərəflə davam etdiririk. Bu, hələ başlanğıcdır!